Azərbaycan və Ukrayna neft-qaz sahəsində investisiya layihələrinin birgə reallaşdırılmasına dair razılığa gəliblər.
“Azərbaycan və Ukraynanın energetika nazirlərinin müavinləri Kamal Abbasov və Yaroslav Demçenkovun sədrliyi ilə videokonfrans formatında Energetikasahəsindəəməkdaşlıq üzrə Azərbaycan-Ukraynaİşçi Qrupunun IV iclası keçirilib. Tərəflər energetika sahəsində ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər”, - Ukraynanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Diplomatik nümayəndəliyin məlumatına görə, görüş zamanı neft nəqli sahəsində layihələrin reallaşdırılması çərçivəsində qarşılıqlı əlaqələrin davam etdirilməsi, enerjisəmərəliliyi və enerjiyə qənaət sahəsində əməkdaşlığın inkişafı, enerji bazarlarının tənzimlənməsi üzrə effektiv mexanizmlərin tətbiqinə dair razılıqlar əldə olunub.
“Həmçinin tərəflər SOCAR şirkətinin Ukraynada fəaliyyətinin şaxələndirilməsi və ölkənin neft məhsuklları bazarında Azərbaycan şirkətinin iştirakının artırılmasına dair razılığa gəliblər. O cümlədən, neft-qaz sahəsində investisiya layihələrinin birgə reallaşdırılmasına dair razılıq əldə olunub”, - səfirlik qeyd edir.
Bundan başqa, Azərbaycan və Ukrayna Energetika nazirlikləri “yaşıl” enerjinin reallaşdırılması kontekstində təcrübə mübadiləsinin təşkilinə dair razılığa gəliblər.
Diplomatik missiya vurğulayır ki, İşçi Qrupunun növbəti iclasının 2022-ci ildə keçirilməsi qərara alınıb.
SOCAR 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. Şirkət Ukraynada YDM şbəkısinə malikdir və 55 stansiyanı idarə edir, bazarda təqribən 2,5-3% payı var. **
N.Abbasova