Azərbaycanda koronavirus infeksiyasına 48 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,339 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 27 yoluxma faktı qeydə alınmışdı.
Ölənlərin ümumi sayı 4 959 nəfər qalıb.
Virusa yoluxmuş 329,191 min nəfər (sutka ərzində +153) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 189 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162 (ötən gün 7023 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 653,074 min test aparılıb.**
X.Nəsirzadə