Kənd Təsərrüfatı Nazirliyi yararsız pestisid dərman tullantılarını saxlamaq üçün yeni poliqonun tikintisinə 6,7 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, nazirlik «Modern Construction» MMC ilə müvafiq müqavilə bağlayıb.
Poliqonun tikintisi Qobustan rayonunun Cəngi kəndi ərazisində həyata keçiriləcək.
Müqavilənin dəyəri 6 milyon 716,1 min manatdır.*
B.Rüstəmbəyov