Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “Yeni AVİS 2” informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi çərçivəsində podratçı seçimi üzrə tender elan edib.
Tenderin şərtlərinə əsasən, qalib “Yeni AVİS 2” informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi üzrə yeni platforma bazasında Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN altsistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, Bəyannamə və Kargüzarlıq altsistemlərinin əsas funksional bölmələrinin proqramlaşdırması, təlimatların hazırlanması və təlimlərin keçirilməsi işlərini yerinə yetirməlidir.
Tenderdə iştirak haqqı 500 manatdır.
Tender təklifləri 15 iyul saat 18:00-dək qəbul olunur. Tender proseduru 16 iyul saat 16:00-da baş tutacaq.*
X.Nəsirzadə