Azərbaycanda koronavirus infeksiyasına 60 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,399 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 48 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4961 nəfərə çatıb.
Virusa yoluxmuş 329,339 min nəfər (sutka ərzində +148) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 99 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7953 (ötən gün 8162 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 661,027 min test aparılıb.*
B.Rüstəmbəyov