Azərbaycanda koronavirus infeksiyasına 56 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,493 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 38 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4962 nəfərə çatıb.
Virusa yoluxmuş 329,550 min nəfər (sutka ərzində +88) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 981 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7581 (ötən gün 7254 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 675,862 min test aparılıb.*
Ə.Məmmədov