Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində elektron qaydada səsvermənin nəticələrinə görə liderlik edir. Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan məlumat verib.
“Elektron səsvermə 11-13 iyun tarixlərində baş tutub. 500 seçicidən 163-ü “Vətəndaş müqaviləsi” partiyasına, 135-i isə “Ermənistan” blokuna səs verib”, - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
Elektron səsvermədə erməni diplomatlar, hərbçilər, beynəlxalq təşkilatlardakı nümayəndələr iştirak ediblər.*