Rusiyanın “S7 Airlines” aviaşirkəti iyulun 4-dən Maxaçkaladan Bakıya birbaşa uçuşlara başlayır.
“İlk reys iyulun 4-də yerli vaxtla saat 01:05-də planlaşdırılır. Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş yerli vaxtla saat 03:15-də olacaq. Azərbaycanın paytaxtına uçuşlar hər həftə şənbə günüdən bazar gününə keçən gecə yerinə yetiriləcək”, - aeroportun mətbuat xidmətindən bildiriblər. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Uçuşlar “ Boeing 737-800” tipli təyyarələrlə yerinə yetirilir.
Biletləri aviadaşıyıcının saytından, bütün satış ofislərindən və iPhone и Android üçün tətbiqlər vasitəsilə əldə etmək olar.**
N.Abbasova