Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində bir sıra xidmətlərin göstərilməsi üçün iki şirkəti cəlb edib. İmzalanan müqavilələrin ümumi dəyəri – 1 milyon 497,004 min manatdır.
www.tender.gov.az saytının məlumatına görə, "Abşeron Express" MMC ilə alınan inventar, maşın və avadanlıqların saxlanması üçün anbar xidmətinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 849 min manatdır.
“Gravıty INC." MMC ilə proqrama cəlb olunan şəxslərin hazırlanması üçün təlim xidmətinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 648,004 min manatdır. **
X.Nəsirzadə