Bakı və Ankara Azərbaycanda müdafiə sənayesi məhsullarının birgə istehsalının təşkili imkanını qiymətləndirirlər. Bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir bəyan edib.
“Azərbaycan barədə “Bir miltət ki dövlət” dediyimizə görə, bu prinsip əssaında da iş görməliyik. Bu nöqteyi-nəzərdən, artıq mövcud imkanların təkrarlanması əvəzinə, istənilən sərmayələri biri-birini tamamlayacaq imkanlara yönəltmək lazımdır”, - Demir Türkiyə jurnalistlərinə müsahibəsində deyib.
O əlavə edib ki, Türkiyə və Azərbaycan PUA istehsalında “biri-birini tamamlamaq və möhkəmləndirməyə” çalışacaqlar.
“Misal üçün, PUA-ları götürək. Azərbaycanda PUA istehsalı üzrə zavod yaratmaq nə dərəcədə effektiv olacaq yoxsa biz orada diger istehsal modeli zavod təşkil edə bilərik? Düşünürük ki, hər iki ölkə elə əməkdaşlıq edəcək ki, biri-birini tamamlasın və gücləndirsin. Müdafiə sənayesi mühüm resurslar tələb edən sahədir. Biz resurslarımızdan çox effektiv şəkildə istifadə etməkliyik. Təkrarlanmaq əvəzinə sərmayələrimiz hər iki ölkənin inkişafına imkan yaratmalıdır”, - nazir qeyd edib. **
N.Abbasova