2020-ci ildə Azərbaycanda dövlət qulluqçularının sayı 9,2% azalıb, eyni zamanda onların orta aylıq nominal əməkhaqqı 18,9% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Beləliklə, 2020-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1 min 215,5 manat təşkil edib.
2021-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 27,5%-ni qadınlar təşkil edir.
Dövlət qulluqçularının 6,3%-i 1 ilə qədər, 25,2%-i 1 ildən 5 ilə qədər, 24,4%-i 5 ildən 10 ilə qədər, 17,8%-i 10 ildən 15 ilə qədər, 26,3%-i isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 16,4%-ni 30 yaşadək, 16,8%-ni 30-34 yaşda, 27,1%-ni 35-44 yaşda, 17,8%-ni 45-54 yaşda, 20,1%-ni 55-64 yaşda, 1,8%-ni 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.**
X.Nəsirzadə