2021-ci ilin yanvar-may aylarının yekunları üzrə Dövlət Sosial Müdafiə Fonduna icbari sosial sığorta üzrə ayırmalar 1 milyard 531 milyon manat təşkil edib, bu da proqnozdan 11% çoxdur. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Eyni zamanda, hesabat dövründə işsizlikdən sığorta üzrə daxilolmalar 52,4 milyon manat təşkil edib, bu da proqnozdan 9,6% çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar müvafiq olaraq 13,6% və 15,9% artıb”, - Cabbarov rəsmi Facebook səhifəsində yazıb.
2021-ci ilüçün DSMF-nin büdcəsinin gəlir və xərcləri 5 milyard 146 milyon 30,16 min manat səviyyəsində proqnozlaşdırılır, bu da 2020-ci ilin göstəricisindən 7,6% çoxdur. 2021-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 157 milyon 769,146 min manat məbləğində proqnozlaşdırılır. **
Ə.Məmmədov