Rəsmi Bakı və İslamabad hərbi əməkdaşlığı genişləndirməlidir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq. Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməliyik”, - Əliyev bu gün Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən bildirib.
Prezident qeyd edib ki, Pakistanla tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq
Öz növbəsində, Bacva vurğulayıb ki, İslamabad, Bakı və Ankara arasında sıx əlaqələrin olması “əməkdaşlığımız üçün hədsiz imkanlar açır”.
“Bizim Azərbaycanda nəzərdən keçirəcəyimiz bir çox imkanlar var, iş adamlarımız buraya səfər edə bilərlər”, - general vurğulayıb. **
X.Nəsirzadə