Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi hesab edir ki, Zəngəzur dəhlizinin açılışı Xəzər ölkələrinin liman infrastrukturunun istifadəsi üçün yeni imkanlar yaradacaq.
“Regionda vəziyyətin stabilləşməsi Cənubi Qafqazın Qazaxıstanla və Məzrkəzi Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyası, Zəngəzur nəqliyyat dəhlizinin açılması nəzərə alınmaqla ölkələrimizin Xəzərin liman infrastrukturunun artan potensialının açılması üçün yeni şərait yaradır”, - Tleuberdi bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra brifinqdə bildirib.
O, həmçinin vurğulayıb ki, Qazaxıstan Azərbaycanla birbaşa hava əlaqəsinin tezliklə bərpasına ümid edir.
“Biz əvvəlki, pandemiyadan öncəki göstəricilərin bərpası və onların sonradan artırılması üçün hazırıq və bunun üçün kifayət qədər potensiala malikik. Həmçinin, vaksinasiya pasportlarının qarşılıqlı tanınması məsələsini razılaşdırmaqda maraqlıyıq, bu da işgüzar səfərlərin və təmasların artımına imkan yaradacaq. Nəqliyyat və kommunikasiyalar sahəsinə də böyük ümidlər var”, - Tleuberdi vurğulayıb.
Bundan başqa, o, Qazaxıstanın Aktau və Kurık dəniz limanları və Bakının Ələt limanı ticarət-iqtisadi əlaqələrin gemnişləndirilməsi istiqamətində böyük perspektivlərə malikdir. **
X.Nəsirzadə