Rusiyanın “Birləşmiş Vaqon Şirkəti”2022-ci ilin fevral ayına qədər Azərbaycana meşə materiallarının daşınması üçün nəzərdə tutulan platformavaqon partiyasını tədarük etməyi planlaşdırır.
“BVŞ” Azərbaycanın dəmir yolu operatoru “ATU TRANS” MMC ilə əməkdaşlığı inkişaf etdirir. Meşə yüklərinin daşınması üçün nəzərdə tutulan platformavaqon partiyası (uzunluğu 60 fut) 2022-ci ilin fevral ayına qədər operatora göndəriləcək”, - “BVŞ”-nin məlumatında deyilir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“Şirkətimizin parkına yeni nəsil vaqonlar ötən il daxil olub. Lakin onların istifadəsindən əldə etdiyimiz təcrübə artıq əminlik verir ki, “ATU TRANS”ın yük parkının gələcək inkişafı innovatov səyyar vaqonlar hesabına olacaq. “BVŞ”-nin istehsal etdiyi səyyar vaqonlar bütün tələblərimizə cavab verir və bizə rəqiblər arasında fərqlənməyə imkan yaradır”, - məlumatda MMC-nin baş direktoru Rafiq Şıxamirovun sözlərinə istinad olunur.
“BVŞ”-nin səyyar vaqonlarının Azərbaycanın dəmir yollarına bazarına çıxışı 2020-ci ildə baş tutub. Həmin il “BVŞ” ilk müqavilə çərçivəsində “ATU TRANS” operatoruna meşə materialları üçün örtülü vaqonlar və platformalar partiyası yola salıb. **
N.Abbasova