Ermənistanın və Rusiyanın müdafiə nazirləri Vaqarşak Arutyunyan və Sergey Şoyqu bazar ertəsi telefon danışığı zamanı Azərbaycanla sərhəddə Qeqarkunik və Sünik vilayətlərində vəziyyəti müzakirə ediblər.
“Arutyunyan və Şoyqu Qeqarkunik və Sünik vilayətlərinin sərhədyanı hissələrində vəziyyəti, həmçinin vəziyyətin həlli yollarını müzakirə ediblər”, - Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti məlumat verir.
“Tərəflər müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığının dinamik inkişafından məmnunluq ifadə ediblər, müəyyən olunmuş proqramların tam və vaxtında reallaşdırılmasının vacibliyini vurğulayıblar”, - məlumatda deyilir.
Şoyqu Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi və hakim partiyanın qələbəsi münasibətilə Arutyunyanı təbrik edib. **