Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ümid edir ki, Ermənistanda seçkilərin nəticələri Rusiya-Ermənistan münasibətlərinin möhkəmlənməsinə və Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təminatına imkan yaradacaq.
“Ümid edirik ki, seçki prosesinin yekunları qanunvericiliklə rəsmiləşdiriləndən sonra Ermənistanın yüksələn xəttlə inkişafına, Rusiya-Ermənistan münasibətlərinin gələcəkdə möhkəmlənməsinə, həmçinin, ilk növbədə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının tam icrası nöqteyi-nəzərindən bütün Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və sabitliyin təminatına imkan yaradacaq”, - Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın Ermənistanda növbədənkənar parlament seçkiərinin yekunlarına dair şərhində deyilir. **