“Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri olan Yevgeni Kirin vəzifəsini tərk etməyə hazırlaşır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Sədr hazırda məzuniyyətdədir və qayıtdıqdan sonra bankın rəhbərliyindən gedəcək. Onu müvəqqəti olaraq İdarə Heyətinin üzvü Yevgeni Borodinin əvəz edəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunur.
Bankda Kirinin İdarə Heyətinin sədri vəzifəsini tərk etməsi səbəbini açıqlamayıblar.
Kirin 2017-ci ilin aprel ayından “VTB Bank (Azerbaijan)” ASC-nin İdarə Heyətinin sədri olub.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.*
Ə.Məmmədov