“Azərişıq” ASC qurğu və elektrik cihazlarının satın alınmasına 1,2 milyon manatdan çox vəsait yönəldəcək.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərişıq” bu məqsədlə ümumi dəyəri 1 milyon 222 min 115,56 manat dəyərində iki müqavilə bağlayıb.
“Energo” MMC ilə 6/10/0,4 kV-luq xətlərdə elektrik enerjisinin qəbul olunması, çevrilməsi və paylaşımı məqsədi ilə qurğuların satın alınması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 342 min 211,8 manatdır.
“Electro Service” QSC ilə sabit və dəyişən gərginliyi ölçən elektron cihazların və onların aksesuarlarının satın alınması haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 879 min 903,76 manatdır.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova