İyunun 22-də Prezident İlham Əliyev “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Müvafiq Sərəncam dövlət başçısının rəsmi saytında dərc olunub.
Sərəncama əsasən, Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini “Təmiz Şəhər” ASC həyata keçirəcək.*
Ə.Məmmədov