Prezident İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” fərman imzalayıb.
Fərmana əsasən, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılır. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
İdarənin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.
İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti yaradılır.
Dövlət başçısı, həmçinin Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsini də təsdiq edib.*
B.Rüstəmbəyov