İyunun 22-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyəti başa çatan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Qulam İshaqzai Azərbaycanla yeni Əməkdaşlıq Fəaliyyət Planının imzalandığını qeyd edib.
“Tərəflər Azərbaycan ilə BMT və onun qurumları arasında həyata keçirilən əməkdaşlıq imkanlarını və perspektivlərini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə