Azərbaycanda koronavirus infeksiyasına 47 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,568 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 28 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan vəfat edən olmayıb, ölənlərin ümumi sayı 4963 nəfər təşkil edir.
Virusa yoluxmuş 329,71 min nəfər (sutka ərzində +111) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 895 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9247 (ötən gün 5115 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 690,224 min test aparılıb.*