Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Vibke Şlömer ilə onlayn görüş formatında müzakirələr aparıb.
“Xanım Şlömer ilə əməkdaşlığın inkişafı perspektivlərini, özəl sektorun iqtisadiyyatda rolunun artırılması və dövlət-özəl tərəfdaşlığının təşviqi istiqamətində investisiya-məsləhət xidmətlərinin genişləndirilməsi məsələlərini müzakirə etdik”, - deyə Cabbarov Facebook səhifəsində yazıb.*
R.Əhmədov