Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisi işlərinin satın alınması ilə əlaqədar tender elan edib.
Tenderin şərtlərinə əsasən, rRespublikanın 5 şəhər və rayonunda (Bərdə, Şabran, Xaçmaz, Gədəbəy, Cəlilabad) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2 və 3 otaqlı fərdi evlərin tikintisi işləri nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 500 manatdır.
Şirkətlərdən təkliflər 28 iyul saat 15:00-dək qəbul olunur. Təkliflər 29 iyul saat 15:00-da açılacaq. **
X.Nəsirzadə