“Bank Respublika” 5 milyon dollar həcmində subordinasiyalı kreditinayrılmasına dair EMF Microfinance Fund investisiya şirkəti iləmüqaviləimzalayıb.
“Enabling Qapital şirkətinin vasitəçiliyi imzalanan müqavilə banka 5 milyon dollar həcmində subordinasiyalı kreditin8 il müddətinəayrılmasını nəzərdə tutur”, - bankın məlumatında deyilir.
Ayrılan vəsaitlər real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək.
“Son illərdə bu Bank Respublika ilə müqavilə bağlayan beşinci böyük beynəlxalq maliyyə təşkilatıdır. Bundan əvvəl Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO) və Frontera Capital təşkilatı Bankla müqavilə imzalamışdır”, - məlumatda qeyd olunur.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası, KfW bank qrupunun üzvü və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. **
Ə.Məmmədov