Qazaxıstan Azərbaycanın biznes nümayəndələrinə Qazaxıstan ərazisində topdan-bölüşdürücü mərkəzlər şəbəkəsinin yaradılmasında iştirak etməyi təklif edib.
“Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi iyunun 21-də Bakıda Azərbaycanın baş naziri Əli Əsədovla görüş zamanı bu təkliflə çıxış edib”, - Qazaxıstan XİN-in saytında məlumat verilir.
“İnterfaks-Azərbaycan”ın vurğuladığı kimi, bütövlükdə, Əsədovla görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektri, xüsusilə investisiya, ticarət-iqtisadi, tranzit-nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
“Öz növbəsində, Əsədov ticarət münasibətlərinin inkişafı potensialını, xüsusilə Azərbaycan məhsullarının Qazaxısanın qərb bölgələrinə ixracını qeyd edib. Baş nazir Qazaxıstan şirkətlərini bu gün Azərbaycan cəmiyyəti üçün prioritet təşkil edən Qarabağın bərpasında fəal iştiraka dəvət edib”, - məlumatda deyilir. **
R.Əhmədov