Lənkəran Şəhər İcra Hakimiyyəti müxtəlif podrat işlərinin icrasına dair 1 milyon 448,569 min manat ümumi məbləğdə iki müqavilə imzalayıb.
www.tender.gov.az saytının məlumatına görə, “Lənkəran Yol Tikinti” ASC ilə şəhər avtomobil yollarının təmirinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 791,531 min manatdır.
“EMV Group” MMC ilə imzalanan ikinci müqavilə Lənkəran şəhərində abadlıq işlərinin irasına yönəlib. Müqavilənin dəyəri – 657,037 min manatdır. **
X.Nəsirzadə