Aqrar Kredit və İnkişaf Agentliyi Azərbaycanda 2021-ci ilin əvvəlindən yazlıq və çoxillik əkin üzrə fermerlərə 20 milyon manatdan çox subsidiyanın ödənişini təmin edib. Bu barədə Agentliyin mətbuat xidməti məlumat verir.
“Bu il üçün yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə subsidiya ödənilib.
Ödənişlər 82 min hektardan artıq ərazini əhatə edib”, - məlumatda deyilir.
O cümlədən, Agentlik qeyd edir ki, hazırda monitorinqlər aparılır. Monitorinqlər başa çatdıqca digər fermerlər də subsidiyalarını əldə edə biləcəklər.
Ümumilikdə cari ildə 2020-2021-ci il payızlıq, 2021-ci il yazlıq və çoxillik əkin bəyanları üzrə 340 mindən artıq fermerə 152 mln. manatdan çox subsidiya ödənilib. **
B.Rüstəmbəyov