2021-ci ilin birinci rübündə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 31 milyon 157,5 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 20,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Hesabat dövründə sığorta sektorunun gəlirləri 2020-ci ilin birinci rübü ilə müqayisədə 15,4% - 275 milyon 50,3 min manata qədər artıb.
Sığorta haqları 8,5% - 256 milyon 554,4 min manata qədər, xalis sığorta ehtiyatları 20,005 milyon manat azalıb.
İnvestisiya gəlirləri 12 milyon 994,3 min manat (azalma 13,9%), sığorta haqlarında təkrar sığortaçıların payı 21 milyon 580,3 min manat (artım 9,4 dəfə) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 24,4% - 240 milyon 324,4 min manatadək artıb. Sığorta ödənişləri 168 milyon 5,9 min manat (artım 2 dəfə), təkrar sığorta ödənişləri 26 milyon 738,1 min manat (azalma 53,4%), işin aparılması xərcləri 40 milyon 244,1 min manat (azalma 13,7%) təşkil edib.
Birinci rübdə sığortaçılar 3 milyon 568,4 min manat məbləğində (azalma 39,6%) mənfəət vergisi ödəyiblər.
2021-ci il aprelin 1-nə sığorta sektorunda 32 hüquqi şəxs qeydiyyata alınıb, onların 31-i özəl hüquqi şəxsdir (7 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, aprelin əvvəlinə ölkədə 20 sığorta, 1 təkrarsığorta və 11 broker şirkəti fəaliyyət göstərir.**
Ə.Məmmədov