Azərbaycan və BƏƏ yeni investisiya imkanlarının müəyyən edilməsi məqsədilə birgə işlər həyata keçirəcəklər.
Bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin iyunun 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini ilə görüşü zamanı müzakirə olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, bu sahədə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə ixracın artdığı qeyd edildi. Eyni zamanda, qarşıdakı illərdə tərəfdaşlıq əlaqələrimizin ruhuna uyğun olaraq yeni investisiya imkanlarının müəyyən edilməsi, ticarət dövriyyəsinin artırılması və biznes əlaqələrinin genişləndirilməsi istiqamətində işlərin həyata keçirilməsinin vacibliyi vurğulandı”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov