Çərşənbə günü Azərbaycan və Rusiya XİN başçıları Ceyhun Bayramo ilə Sergey Lavrov arasında telefon danışığı baş tutub.
“Nazirlər ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər”, - RF XİN məlumat verir.
Bayramov və Lavrov məmnunluqla bildiriblər ki, koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Rusiya-Azərbaycan çoxplanlı əlaqələr uğurla inkişaf edir, ticarət-iqtisadi əlağələr artır.
“Buna mühüm dərəcədə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əıməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu islasının qərarlarının reallaşdırılması, həmçinin bu yaxınlarda Azərbaycanın baş naziri Əli Əsədovun RF-yə rəsmi səfəri zamanı əldə olunan razılıqar imkan yaradır”, - məlumatda deyilir.
O cümlədən, nazirlər, Rusiya, Azərbaycan və Ermənistan lidelrərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli razılıqlarının icrası kontekstində, xüsusilə Qarabağda humanitar məsələlərin həllinə dair bir sıra məsələlərə toxunublar.
“Regionun postmünaqişə inkişafında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Üçtərəfli İçşi Qrupun mühüm töhfəsi vurğulanıb. XİN-lərin xətti ilə gələcək təmaslara dair razılıq əldə olunub”, - məlumatda qeyd edilir. **
N.Abbasova