Bakı İrəvandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilib, Ermənistan Qarabağın digər rayonları üzrə bu cür xəritələri verməkdən imtina edir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var. Onlar (Ermənistan tərəfi - İF) xəritələri bizə verməkdən imtina edirlər və bizdə artıq 100-dən çox ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak oldu (Qarabağda - İF), 100-dən çox mülki şəxs yaraland”, - Əliyev bu gün BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbuledərkən bildirib.
Prezident qeyd edib ki, hazırda Qarabğda işğaldan azad olunmuş rayonlarda minalardan təmizlənmə üzrə intensiv proses və yenidənqurma işləri aparılır.
“Bütün kəndlər, bütün şəhərlər (azad olunmuş rayonlarda - İF) dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq. Biz artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik. Böyük infrastruktur layihələrinə artıq başlanıb. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”, - Əliyev vurğulayıb. **
X.Nəsirzadə