Ermənistanda yeni hökumət formalaşdıqdan sonra regionda kommunikasiyaların açılması məsələsi ilə məşğul olan Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi qrupu öz fəaliyyətini davam etdirəcək. Bu barədə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bəyan edib.
“Ermənistanda seçki prosei keçirilib, yeni hökumət formalaşdırılır. Düşünürəm ki, yeni hökumət formalaşandan sonra Üçtərəfli İşçi qrupu öz fəaliyyətini davam etdirəcək”, - Mustafayev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, indiyədək Üçtərəfli İşçi qrupun görüşlərində “kifayət dərəcədə konstruktiv yanaşma müçahidə olunub”. **
A.Hüseynova