Azərbaycanda koronavirus infeksiyasına 57 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,625 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 47 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan vəfat edən olmayıb, ölənlərin ümumi sayı 4 965 nəfər təşkil edir.
Virusa yoluxmuş 329,794 min nəfər (sutka ərzində +84) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 866 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 948 (ötən gün 9247 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 698,172 min test aparılıb.**
X.Nəsirzadə