Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü yüksək rütbəli zabitlərə general rütbələrinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, polkovnik Rafiq Ramazanov və ədliyyə polkovniki İlyas Rzayevə “general-mayor” ali hərbi rütbələri verilib.
Bundan başqa, general-mayor Fazil Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilib. **