Azərbaycanda Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
“Təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib. Qarşıya qoyulan məqsədə nail olunub və tapşırıqlar müvəffəqiyyətlə icra edilib”, - məlumatda qeyd olunur. **