İyunun 24-nə olan operativ məlumata görə, Azərbaycanda 1 milyon 832,176 min ton taxıl yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sentner təşkil edir.
“Artıq 578,250 min hektar sahədə biçin başa çatıb. Sahələrdən 993,115 min ton arpa, 839,061 min ton buğda yığılıb”, - deyə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.
Biçin zonasında “Aqroservis” ASC-nin 495 kombaynı, eləcə də fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 977 kombayn iştirak edir.
Bundan başqa, “Aqroservis” tərəfindən aktv biçin gedən rayonlara digər bölgələrdən 248 kombayn dislokasiya edilib.*