Azərbaycanda koronavirus infeksiyasına 51 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,676 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 57 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan vəfat edən olmayıb, ölənlərin ümumi sayı 4965 nəfər təşkil edir.
Virusa yoluxmuş 329,87 min nəfər (sutka ərzində +76) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 841 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7879 (ötən gün 7948 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 706,051 min test aparılıb.*
B.Rüstəmbəyov