Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması barədə məlumat yayıb.
“İyunun 24-də saat 14:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub”, - deyə məlumatda bildirilir.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
“Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov