“Azimut” aviaşirkətinin iyunun 26-na planlaşdırılan Krasnodar-Bakı reysi qeyri-sabit epidemioloji vəziyyətlə əlaqədar ləğv edilib. Bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.
“Azərbaycanın aviasiya hakimiyyəti orqanlarının qərarı ilə bütün yaz-yay naviqasiyası dövrü üçün uçuşlar ləğv edilib”, - deyə mətbuat xidmətindən “İnterfaks”a bildiriblər.
Daha əvvəl verilən məlumata görə, “Azimut” aviaşirkətinin Rostov-na-Donu-Bakı reysi də iyunun 23-də eyni səbəbdən ləğv edilib.
Aviaşirkət iyunun ikinci yarısından başlayaraq Rostov-na-Donu, Krasnodar və Mineralnıye Vodıdan Bakıya uçuşlara başlamağı planlaşdırmışdı. Mineralnıye Vodıdan ilk reys iyunun 19-da yerinə yetirilib.*