Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycanın Bişkekdəki səfiri Hidayət Orucovu qəbul edib.
Qırğızıstan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, tərəflər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildiriblər.
“Qırğızıstan-Azərbaycan əməkdaşlığının aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb, yüksək və ali səviyyələrdə təmasların qrafiki, o cümlədən nazir Kazakbayevin Azərbaycana qarşıdakı səfəri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Tərəflər siyasi-diplomatik, ticari-iqtisadi, sosial-humanitar və digər sahələrdə fəal əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını diqqətə çatdırıblar.*
R.Əhmədov