Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cümə günü Avstriya xarici işlər naziri Şallenberq, Rumıniya xarici işlər naziri Auresku və Litva xarici işlər naziri Landsberqis ilə danışıqlar aparıb.
Bu barədə Bayramov Twitter hesabında yazıb.
“Azərbaycanda səfərdə olan Avstriya, Rumıniya və Litvanın xarici işlər nazirləri ilə maraqlı fikir mübadiləsi apardıq. Regional təhlükəsizlik məsələləri, əməkdaşlıq perspektivləri və Aİ ilə əlaqələr barədə danışdıq”, - Bayramov yazıb. **
X.Nəsirzadə