2021-ci ilin yanvar-may aylarında bp şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 9,5 milyon ton neft hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
2021-ci ilin yanvar-may ayları üzrə Azərbaycanda14,3milyon ton neft (kondensatla birlikdə) hasil edilib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,9% azdır. Respublika üzrə neft hasilatının9,5milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (azalma 9,5%),1,6 milyontonu (kondensat) “Şahdəniz”in payına düşüb (2020-ci ilin 5 ayının səviyyəsində). SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı3,2milyon ton təşkil edib (artım 3,2%)”, - “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər.
Hesabat dövründətəxminən 11,8 milyonton neft (kondensatla birlikdə) ixraca nəql olunub (azalma 6,3%). Bunun11,1milyontondan çoxukonsorsiumun (azalma 7,5%),653,8 mintonu isə SOCAR-ın payına düşür (artım 14,9%).
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyun 2021-ci il tarixinədək təqribən565 milyon tondan çoxneft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən533milyon ton xam neft, “Şahdəniz”dən isətəqribən 32 milyonton kondensat çıxarılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 iyun tarixinədək təqribən564,7milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Ölkədə neft emalı 2021-ci ilin yanvar-may ayında2,7milyon ton təşkil edib (artım 8% - İF).
AÇG blokundan neft və səmt qazının hasilatına 1997-ci ilin noyabr ayından başlanılıb.
Yeni müqaviləyə əsasən layihənin operatoru olan BP şirkəti (Britaniya) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, ITOCHU Oil (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% paya malikdir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOIL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
N.Abbasova