Azərbaycan prezidenti İlham Əliyev 2021-ci il 20 may tarixində Moskva şəhərində Rusya ilə imzalanmış bir sıra sazişləri təsdiq edib.
Azərbaycan prezidenti “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.
Difər fərmanla dövlət başçısı “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” sazişi təsdiq edib.
O cümlədən, prezident “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə
fərman imzalayıb. **
B.Rüstəmbəyov