Azərbaycan prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan strukturlardan birini ləğv edib.
Dövlət başçısının saytında dərc olunan fərmana əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyini ləğv edilir və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilir.
Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs yaradılır. **
B.Rüstəmbəyov