Azərbaycanda koronavirus infeksiyasına 40 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,836 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 55 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 968 nəfərə çatıb.
Virusa yoluxmuş 330,084 min nəfər (sutka ərzində +58) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 784 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 213 (ötən gün 8 720 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 728,712 min test aparılıb.**
B.Rüstəmbəyov