2021-ci ilin yanvar-may aylarında Özbəkistan $134,9 milyon dəyərində minik avtomobili ixrac edib. Bu barədə Özbəkistan mətbuatı bu ölkənin Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata əsasən, avtomobillərin ixrac həcmi 2020-ci ilin analoji dövrü ilə müqayisədə $84,6 milyon artıb.
Qazaxısatana minik avtomobillərin ixrac həcmi $127,1 milyon təşkil edib. Əfqanıstan $2,7 milyon dəyərində göstərici ilə minik avtomobillərin ixrac həcminə görə, ikinci yerdə qərarlaşıb.
Azərbaycan Özbəkistandan avtomobil idxal edən ölkələr arasında 6-cı yerdədir. İdxalın dəyəri $444,7 min təşkil edib. **
R.Əhmədov