Azərbaycanda koronavirus infeksiyasına 38 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 335,874 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 40 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4970 nəfərə çatıb.
Virusa yoluxmuş 330,123 min nəfər (sutka ərzində +39) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 781 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4482 (ötən gün 6213 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 733,194 min test aparılıb.*
N.Abbasova