“Azərpambıq ASK” MMC John Deere (JD) markalı pambıq yığan kombaynları üçün $1 milyon 52,578 min dəyərində zəruri avadanlıq və ehtiyat hissələri alacaq
Bu məqsədlə iki müqavilə imzalanıb.
Birinci müqavilə zəruri ehtiyat hissələrinin satın alınmasına dair Türkiyənin “Mustafa Safa ÖZ MOZ TİCARET” şirkəti qalib gəlmişilə imzalanıb. Müqavilənin dəyəri - $1 milyon 52,578 mindir.
Gürcüstanın “SPECİAL TRADİNQ COMPANY” şirkəti ilə imzalanmış ikinci müqavilə JD markalı pambıq yığan kombaynların ön yığım aparatında işlənilən şpindel, dofer, washer və Padlarının satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri - $204,987 mindir. **
B.Rüstəmbəyov